Dəyişdirmə və qaytarma

1Məhsulu bütün komponentləri ilə original qabına səliqəli qablaşdırma (məhsul, komponentlərə daxil olanlar, məhsulu komponentlərlə birlikdə qaytarmaq vacibdir).
2Sifarişlər tətbiqində qaytarılma barədə ərizəni doldurmaq vacibdir.
3Satış qəbzinin surətini əlavə etmək,pul qalığının qaytarılması növünü göstərmək( ödənişin nəğd və yaxud bank hesabı vasitəsilə ilə aparıldığını)
4Məhsulu mağazaya çatdırmaq.
5Məhsulu mağazaya göndərdikdən sonra [email protected] elektron poçtu ilə bizi xəbərdar etmək.

MALLARIN QAYTARILMASI VƏ DƏYİŞDİRİLMƏ SƏBƏBLƏRİ

Müştəri məhsulu "kuryerdən" və yaxud mağazadan eldə etdiyi gündən etibarən 14 gün ərzində qəbzi göstərməklə və malın istifadə olunmaması şərti ilə (komponentləri istifadə edilməyibsə, fabrik etiketləri və birkası məhsulun üsütündədirsə,məhsulun fiziki qüsuru yoxdursa) dəyişdirib və yaxud qaytarmaq imkanına malikdir.(Corablar və alt geyimləri geri qaytarlımır)


Məhsulun qaytarılması üçün qəbzi təqdim etməli və saytdakı sifarişlər tətbiqində qaytarılma barədə ərizəni doldurmalısınız.


Məhsulda qüsur aşkar olunduğu halda qaytarılma üsulları:

Əgər məhsul sizə sifariş qaydasını pozaraq vaxtından gec çatdırılarsa və yaxud çatdırılma zamanı satıcının təqsiri üzündən məhsulda qusur yaransarsa, siz bu barədə(1 həftədən gec olmamaq şərti ilə) satıcını məlumatlandırmalısınız.

Həmçinin siz 14 gün ərzində qəbzi təqdim etməklə malı(malın plombunu açmamaq, hec istifadə etməmək , birka və digər etiketlər malın üstündə olduğu halda) qaytarıb və ödənişinizi geri ala bilərsiniz.

Malı qaytarmaq üçün saytda qaytarılma barədə ərizəni doldurmaq vacibdir.